Ukrayna və Rusiya arasında danışıqlar yaxın vaxtlarda başlaya bilər

      Ukrayna və Rusiya arasında danışıqlar yaxın vaxtlarda başlaya bilər
  27 Fevral 2022    Oxunub:1640
Ukraynanın “Xalqın xidmətçisi” Partiyasının deputatı Feodor Venislavski yaxın dəqiqələrdə Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların baş tutaсağını istisna etməyib. AzVision.az -ın UNİAN-a istinadən verdiyi məlumata görə, o, bu barədə Ukrayna kanallarında telemarafon zamanı bildirib. O qeyd edib ki, Ukrayna nümayəndə heyətinə Prezident Ofisinin və Xarici İşlər Nazirliyinin nümayəndələri daxildir.
"Razılıq əldə olunub ki, danışıqlar faktiki olaraq neytral tərəfdə, Ukrayna və Belarus Respublikası arasında Pripyat çayı boyunca yerləşən neytral zonada aparılacaq. Nümayəndə heyəti artıq yola düşüb... Bura səyahət etmək çox az vaxt aparır. “Düşünürəm ki, yaxın bir neçə dəqiqə ərzində danışıqlar başlayacaq, bəlkə də, başlayıblar”, - Venislavski bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin bütün qoşunlarını yüksək döyüş hazırlığı vəziyyətinə keçirib, bu o deməkdir ki, “Rusiya Federasiyasında olan tamamilə bütün resurslar artıq cəlb olunub, heç bir ehtiyat qalmayıb”.

“Və de-fakto son arqumentdən, yəni nüvə silahından istifadə variantı ola bilsə, Rusiya Federasiyasında vəziyyət artıq çox ciddi qəbul edilir”, - deputat bildirib.

Danışıqların hər an başlaya biləcəyini və bu danışıqlarda Ukraynanı kimin təmsil etdiyini aydınlaşdıran Venislavski bildirib ki, onlar Prezident Ofisinin və Xarici İşlər Nazirliyinin nümayəndələridir.

“Onlar getdilər... Yaxın vaxtlarda ilk razılaşmalar olan kimi sizin müvafiq rəsmi mövqe, Prezident Ofisindən açıqlama olacaq”, - deputat deyib.

Şahanə Rəhimli
AzVision.az






Teqlər:



Xəbər lenti