Putin nüvə qüvvələrini hazır etmək əmri verdi

   Putin    nüvə qüvvələrini    hazır etmək əmri verdi
  27 Fevral 2022    Oxunub:1497
Vladimir Putin Müdafiə Nazirliyinə Rusiya çəkindirmə qüvvələrini xüsusi döyüş növbətçiliyi rejiminə keçirməyi əmr edib. O, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə qeyd edib ki, bu, Qərbin aqressiv bəyanatları ilə bağlıdır.


“Qərb ölkələri təkcə iqtisadi sahədə ölkəmizə qarşı qeyri-dost addımlar atmır, mən hər kəsin yaxşı bildiyi qeyri-qanuni sanksiyaları nəzərdə tuturam. Lakin NATO-nun aparıcı ölkələrinin yüksək səviyyəli rəsmiləri də ölkəmizə qarşı aqressiv bəyanatlar verirlər”,- deyə Putin bildirib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti