ATƏT-in Ukraynadakı missiyası təxliyə olunur

   ATƏT-in Ukraynadakı missiyası təxliyə olunur
  28 Fevral 2022    Oxunub:913
ATƏT-in Ukraynadakı missiyasının üzvlərinin çoxu təxliyə olunub. AzVision.az xəbər verir ki, bununla bağlı məlumat ATƏT-in gündəlik hsabatında yer alıb.

Hesabatda göstərilir ki, missiya üzvlərinin əksəriyyətinin təxliyəsi başa çatıb. Monitorinq missiyasının Xarkov və Xersondakı nümayəndələri sığınacaqdadırlar. Donetsk və Luqanskda qalan müşahidəçilər isə Rusiya ərazisi ilə təxliyə olunacaqlar. Kiyevdəki Baş Ofisin bütün heyəti isə yerində qalır.

AzVision.az


Teqlər:



Xəbər lenti