Zelenski Consona: “Növbəti 24 saat Ukrayna üçün həlledici olacaq”

      Zelenski Consona:    “Növbəti 24 saat Ukrayna üçün həlledici olacaq”
  28 Fevral 2022    Oxunub:1480
Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniyanın baş naziri Boris Conson ilə telefon danışığında növbəti 24 saatın Ukrayna üçün kritik olacağını bildirib. Bu barədə AzVision.az Ukrayna mətbuatına istinadən xəbər verir.
Conson Zelenskiyə zəmanət verib ki, Böyük Britaniya və müttəfiqləri müdafiə yardımının Ukraynaya çatması üçün əllərindən gələni edəcəklər.

Conson onu da əlavə edib ki, ölkəsi Ukraynaya əlavə 40 milyon funt-sterlinq köçürəcək. Bu pul ukraynalılar üçün tibbi ləvazimatlara yönəldiləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti