Sinqapur Rusiya qarşı sanksiyalara qoşuldu
AzVision.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Vivian Balakrişnan parlamentdə bildirib. “Sinqapur bəzi Rusiya bankları ilə bağlı maliyyə əməliyyatlarını bloklamaq niyyətindədir. Ətraflı addımlar üzərində iş gedir və yaxın vaxtlarda bu barədə məlumat veriləcək”, - Balakrişnan qeyd edib.
Bundan əlavə, “Singapore Airlines” Sinqapurdan Moskvaya uçuşları dayandırıb. “Texniki səbəblərə görə, Sinqapur və Moskva arasında uçuşlar (SQ362 və SQ361) fevralın 28-dən etibarən dayandırılacaq”, - məlumatda deyilir. Şirkət həftədə üç dəfə uçuşlar həyata keçirirdi.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Sinqapur







Vaxtında, Aydın, Lazımlı!


