Moskva hava limanlarında 180-dən çox reys ləğv edilib

   Moskva hava limanlarında    180-dən çox    reys ləğv edilib
  28 Fevral 2022    Oxunub:1913
Bu gün səhər Moskvanın üç hava limanında - Vnukovo, Domodedovo və Şeremetyevoda 180-dən çox reys təxirə salınıb və ya ləğv edilib.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

- Bazar ertəsi Moskva vaxtı ilə saat 8.03-ə olan məlumata görə, Vnukovoya 6 reys gecikib, 43-ü ləğv edilib. Domodedovoya 9 reys gecikib, 14-ü ləğv edilib, Şeremetyevoya isə 14 reys gecikib, 100-ü ləğv edilib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti