Rusiya nümayəndə heyəti danışıqlar üçün Ukrayna tərəfini gözləyir

   Rusiya nümayəndə heyəti danışıqlar üçün Ukrayna tərəfini gözləyir
  28 Fevral 2022    Oxunub:1546
Rusiya hələ də Ukraynadan danışıqlarla bağlı cavab gözləyir. xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
RİA Novosti diplomatik dairələrdəki mənbəyə istinadə edərək yazıb ki, Rusiyanın danışıqlar üçün ayrılmış nümayəndə heyəti Belarusun Qomel vilayətində Ukrayna tərəfini gözləyir.

Moskva hava limanlarında 180-dən çox reys ləğv edilib
- Danışıqlar bazar ertəsi səhər, yaxın bir neçə saat ərzində baş tutmalıdır. Həmsöhbətimiz "Biz danışıqların başlanmasını gözləyirik, Ukrayna nümayəndə heyəti hələ gəlməyib. Görüş bazar ertəsi səhər Qomel vilayətində, yaxın bir neçə saat ərzində baş tutmalıdır" deyib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti