Ukraynada yaşayış binası raketlə vuruludu - VİDEO

   Ukraynada yaşayış binası raketlə vuruludu -    VİDEO
  28 Fevral 2022    Oxunub:2200
Ukraynada yaşayış binası raketlə vurulub. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qeyd edilir ki, hələlik itkilərlə bağlı məlumat yoxdur.

Kiyevdə yaşayış binası raketlə vuruldu - Fotolar+Video
- Fevralın 28-də saat 02:45-də Çerniqov şəhərinin mərkəzindəki yaşayış binasına raket düşüb. Raket zərbəsindən sonra başlayan yanğın iki aşağı mərtəbəni külə döndərib. Hələlik yaralıların sayı məlum deyil. İlkin olaraq yanğın zamanı bir qadının ağır xəsarətlər aldığı deyilir. Xatırladaq ki, Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsi başlayandan təkcə ölkənin vacib infrastrukturu deyil, həm də yaşayış binaları Rusiya təyyarələrinin və ağır artileriyalarının hücumuna məruz qalır,-məqalədə yazılıb.



Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Raket  



Xəbər lenti