Rusiyanın 1500-dən çox hərbi texnikası məhv edildi - SİYAHI

   Rusiyanın 1500-dən çox hərbi texnikası məhv edildi -    SİYAHI
  28 Fevral 2022    Oxunub:1680
Fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiyanın qüvvələrinin 29 təyyarəsi, 29 vertolyotu, 191 tankı, 816 zirehli döyüş maşını, 74 topu,1 "BUK" zenit-raket kompleksi, 21 "Qrad" qurğusu, 291 avtomobil texnikası, 60 sisterna, 3 dronu, 2 gəmi / qayığı, 5 hava hücumundan müdafiə texnikası məhv edilib.
AzVision.az -ın xəbərinə görə, bu barədə Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar "Facebook"da paylaşım edib. Onun sözlərinə görə, Rusiya 5 300 nəfər canlı qüvvəsini itirib. Ukraynanın müdafiə rəsmisi bu məlumatın ilkin xarakter daşıdığını və hələ də hesablamaların aparıldığını bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti