Cənubi Koreya Ukraynaya yardım göndərəck

   Cənubi Koreya Ukraynaya yardım göndərəck
  28 Fevral 2022    Oxunub:1601
Cənubi Koreya Ukraynaya təcili yardımla bağlı qərar verib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Koreya Respublikası prezident administrasiyasının sözçüsü Park Kyunq Mi bildirib ki, prezident Mun Çje İn hökumətə təcili olaraq Ukraynaya humanitar yardımın təşkili barədə göstəriş verib.

Nüvə savaşı olacaqmı? -Pentaqon Moskvanın təhdidinə cavab verdi
- Koreya Respublikasının Prezidenti hökumətə tapşırıq verib ki, Ukraynaya humanitar yardım üçün təcili tədbirlər görülsün. Bundan əvvəl ABŞ, Finlandiya, Böyük Britaniya, Rumıniya və digər ölkələr artıq Ukraynaya humanitar yardım göstərəcəyini bəyan ediblər,-məqalədə yazılıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Yardım  



Xəbər lenti