Çin Rusiyanın SWIFT-dən uzaqlaşdırılmasını dəstəkləmir

Çin Rusiyanın SWIFT-dən uzaqlaşdırılmasını dəstəkləmir
  28 Fevral 2022    Oxunub:1592
Çin sanksiyalardan münaqişələrin həlli vasitəsi kimi istifadəni müsbət yanaşmır. AzVision.az xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin brifinqdə deyib.
- Çin problemlərin həlli üçün sanksiyaların tətbiqinin tərəfdarı deyil. Hətta beynəlxalq hüquqda heç bir əsası olmayan birtərəfli sanksiyalara qarşı çıxır, - diplomat Çinin Rusiyanın SWIFT-dən uzaqlaşdırılmasına dair mövqeyi ilə bağlı sualı cavablandırarkən deyib.

Xatırladaq ki, iki gün öncə Rusiyanın beynəlxalq pul köçürmələrini təmin edən SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) sistemindən çıxarılması üçün hazırlıqlara başlanılması barədə məlumat yayılmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti