AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın “Seqodnya” nəşri məlumat yayıb.
Danışıqlarda hansısa nəticənin əldə edilib-edilmədiyi məlum deyil.
***
Belarusun Qomel vilayətində Rusiya və Ukrayna arasında danışıqlar başa çatmayıb, hələ də davam edir, diplomatik dairələrdəki mənbə RİA Novosti-yə bildirib.
Bundan əvvəl bəzi Ukrayna KİV-ləri onların sona çatdığını yazmışdı.
“Yox, hələ də davam edirlər, bitməyib”, - mənbə bildirib.
***
Belarusda Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
AzVision.azxəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
12:34
Ukrayna nümayəndə heyəti Rusiya Federasiyasının nümayəndələri ilə danışıqlarda iştirak etmək üçün Belarus-Ukrayna sərhədinə gəlib. AzVision.azxəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Saytlar Prezident Ofisinin mətbuat xidmətinə istinad ediblər.
Məlumata görə, nümayəndə heyətinin tərkibinə “Xalqa xidmət” fraksiyasının sədri David Araxamiya, Ukraynanın müdafiə naziri Aleksiy Reznikov, Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak, Andrey Kostin, Ukraynanın Üçtərəfli Təmas Qrupunda nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, deputat Rustem Umerov və Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski daxil edilib.
Rusiya nümayəndə heyətini isə Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov, deputat Leonid Slutski, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko, Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin təmsil edəcək. Nümayəndə heyətinə Vladimir Medinski başçılıq edəcək.
Qeyd olunur ki, danışıqların əsas məğzi dərhal atəşkəsin elan olunması və qoşunların Ukrayna ərazisindən çıxarılmasıdır.
Xatırladaq ki, Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri tərəflərin ilk danışıqları baş tuta bilər. Görüşə məkan kimi Ukrayna-Belarus sərhəddində Pripyat çayının yaxınlığı seçilib.
12:12
Bu gün Rusiya ilə Ukrayna arasında danışıqlar başlaya bilər. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Qeyd edilir ki, yaxın saatlarda tərəflər masa arxasında müharibənin dayandırılmasını müzakirəyə çıxara bilərlər.
- Deputat Yevgeni Kravçuk telemarafonda məlumat verib ki, Ukrayna nümayəndə heyəti ilə Rusiya nümayəndə heyəti arasında danışıqlar hələ başlamayıb. O, "Hələlik danışıqlara başlamayıblar. Biz David Araxamia ilə ("Xalqa xidmət" fraksiyasının rəhbəri - red.) əlaqə saxlayırıq. O da danışıqlar qrupundadır. Onlar indi Polşa helikopterində uçurlar. Çünki bizim nümayəndə heyətimiz başa düşdü ki, belaruslar, ruslar hər an xəyanət edə bilərlər. Heç kim birbaşa Polesyedən keçmək istəmir. Ona görə də bizim nümayəndə heyəti Polşadan keçdi,-deputat deyib.
|
| Rusiya nümayəndə heyəti danışıqlar üçün Ukrayna tərəfini gözləyir |
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".
Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


