Avstraliya Putin, Şoyqu və Lavrovu “qara siyahı”ya saldı

   Avstraliya  Putin, Şoyqu və Lavrovu  “qara siyahı”ya saldı
  28 Fevral 2022    Oxunub:1654
Avstraliya Ukraynaya hərbi müdaxiləyə görə Rusiyanın yüksək vəzifəli rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.
AzVision.az xəbər verir ki, bu barədə Avstraliya Baş naziri Skott Morrisonun administrasiyası məlumat yayıb.

Siyahıda Rusiya Prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Baş nazir Mixail Mişustin və daxili işlər naziri Vladimir Kolokoltsevin adı var. Tədbirlərə Avstraliyaya səyahət qadağası və məqsədyönlü maliyyə sanksiyaları daxildir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Avstraliya  



Xəbər lenti