Latviya vətəndaşlarına Ukraynada döyüşməyə icazə verdi

   Latviya vətəndaşlarına    Ukraynada döyüşməyə    icazə verdi
  28 Fevral 2022    Oxunub:2033
Latviya Seymi (parlamenti) bazar ertəsi növbədənkənar iclasında təcili olaraq milli təhlükəsizlik haqqında qanuna respublika sakinlərinə Ukrayna tərəfində könüllü olaraq döyüşməyə icazə verən dəyişiklikləri təsdiqləyib.
AzVision.az xəbər evrir ki, bu barədə yerli LETA agentliyi məlumat yayıb. Qanuna düzəlişlər fevralın 27-də axşam saatlarında Seymin Müdafiə, Daxili İşlər və Korrupsiyanın Qarşısının Alınması üzrə komissiyası tərəfindən konseptual olaraq təsdiqlənib.

Dəyişikliklərə əsasən, Ukraynada xidmətə başlayanlardan dərhal milli silahlı qüvvələrin ehtiyatının qeydiyyat bölməsində qeydiyyatdan keçmələri tələb olunacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Latviya   Ukrayna  



Xəbər lenti