Avropa İttifaqı Ukraynaya hərbi təyyarələr verəcək

   Avropa İttifaqı Ukraynaya hərbi təyyarələr verəcək
  28 Fevral 2022    Oxunub:1807
“Belarusa Rusiya ilə danışıqlara gedən Ukrayna nümayəndə heyətinə prezident tərəfindən göstəriş verilib, heç kim bizim maraqlarımızdan bir metr belə imtina etməyəcək”.
AzVision.az xəbər verir ki, bu barədə Baş nazirin müavini - Ukraynanın nəzarət olunmayan ərazilərinin reinteqrasiyası üzrə naziri İrina Vereşçuk bildirib. Vereşçuk əlavə edib ki, Avropa İttifaqının Ukraynaya tank əleyhinə və zenit-raket kompleksləri ilə yanaşı, təyyarələrin verilməsi ilə bağlı qərarı da var.

Latviya Seymi (parlamenti) bazar ertəsi növbədənkənar iclasında təcili olaraq milli təhlükəsizlik haqqında qanuna respublika sakinlərinə Ukrayna tərəfində könüllü olaraq döyüşməyə icazə verən dəyişiklikləri təsdiqləyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti