Ukraynada məhbuslar döyüşə gödəriləcək

 Ukraynada məhbuslar döyüşə gödəriləcək
  28 Fevral 2022    Oxunub:3492
“Real döyüş qabiliyyəti olan ukraynalılar həbsdən azad olunacaq”.
AzVision.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib. Onun sözlərinə görə, həbsdən azad olunan şəxslər döyüş bölgələrinə göndəriləcək:

“Bu, müdafiəmiz baxımından da faydalıdır. Hərbi vəziyyət şərtlərində hərbi əməliyyat iştirakçıları, real döyüş təcrübəsi olan ukraynalılar həbsdən azad olunacaq və öz günahlarını yuya biləcəklər. Bundan başqa, antiterror əməliyyatının iştirakçılarına tətbiq edilən sanksiyalar ləğv olunacaq”.

AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti