Gürcüstan Rusiyaya səmasını bağlayacaq ?

   Gürcüstan Rusiyaya    səmasını bağlayacaq   ?
  28 Fevral 2022    Oxunub:1862
Gürcüstan hökuməti tərəfdaşlarla, o cümlədən qonşu ölkələrlə Rusiya üçün hava məkanının mümkün bağlanmasını müzakirə edir.
AzVision.az xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.

Biz bu məsələyə bir qədər ehtiyatla yanaşırıq (Rusiya Federasiyası üçün hava məkanının bağlanması – Red). Biz tərəfdaşlarla, o cümlədən region ölkələri ilə məsləhətləşmələr aparırıq. Gürcüstanın hava məkanından Rusiya Federasiyasına uçan qonşu dövlətlər də tranzit kimi istifadə edirlər”,-deyə, o əlavə edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Gürcüstan  



Xəbər lenti