İtaliyadan Rusiyadakı vətəndaşlarına cağırış: “Geri qayıdın”

   İtaliyadan Rusiyadakı vətəndaşlarına cağırış:    “Geri qayıdın”
  28 Fevral 2022    Oxunub:1807
Rusiya Federasiyasında müvəqqəti qalan bütün İtaliya vətəndaşlarına vətənlərinə qayıtmaq, habelə bu ölkəyə əvvəlcədən planlaşdırılan səfərləri təxirə salmaq tövsiyə olunur.
AzVision.az xəbər verir ki, belə bir tövsiyə İtaliya Xarici İşlər Nazirliyinin böhran mərkəzinin saytında dərc edilmiş bəyanatda yer alıb. Xüsusilə, bəyanatda fevralın 27-dən İtaliya hava məkanının Rusiya təyyarələri üçün bağlanması qərarı xatırladılır.

“Bu tədbiri və mümkün əlavə məhdudiyyətləri nəzərə alaraq, Rusiya Federasiyasının ərazisində müvəqqəti olan vətəndaşlara (turistlər, tələbələr, ezamiyyətdə olan şəxslər) istənilən kommersiya nəqliyyatı vasitələri ilə vətənə qayıtmaları tövsiyə olunur”, - deyə məlumatda bildirilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İtaliya   Rusiya  



Xəbər lenti