Pentaqon Rusiya ilə əlaqə kanalı yaratmaq istəyir

   Pentaqon Rusiya ilə əlaqə kanalı yaratmaq istəyir
  28 Fevral 2022    Oxunub:1505
Ukraynadakı vəziyyət fonunda Pentaqon Rusiya ilə Suriyada 2015-ci ildən fəaliyyət göstərən rabitə kanalına bənzər rabitə kanalı yaratmaq istəyir.
AzVision.az xəbər verir ki, bu barədə “Politico” qəzeti ABŞ ordusundakı mənbələrə istinadən yazır.

Pentaqonun yüksək rütbəli rəsmisi deyib: “Biz ruslara səhv hesablamalardan qaçmaq üçün operativ səviyyəli kanalın lazım olduğuna inandığımızı söylədik”. Mənbə bildirib ki, hələlik Amerika tərəfi Moskvadan cavab almayıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Pentaqon   Rusiya  



Xəbər lenti