Polşa Rusiya ilə sərhədin bağlaya bilər

   Polşa Rusiya ilə sərhədin bağlaya bilər
  28 Fevral 2022    Oxunub:1208
Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski Ukraynadakı vəziyyətlə əlaqədar respublikanın Rusiya ilə Kalininqrad vilayətində yerləşən sərhəd-keçid məntəqəsinin bağlanmasını mümkün hesab edib.
AzVision.az xəbər verir ki, “RMF FM” radiostansiyasının efirində Yablonskiyə, Ukraynaya görə Rusiyaya qarşı sanksiyaların müzakirəsi kontekstində, Kalininqrad vilayətindəki sərhəd keçidinin bağlanıb-bağlanmayacağı sualı verilib.

Diplomat isə cavabında: “Bütün variantlar nəzərdən keçirilir. Biz əlavə sanksiyalar tətbiq etməyə tamamilə hazırıq”. O qeyd edib ki, hazırda Rusiyada vətənlərinə qayıtmalı olacaq Polşa vətəndaşları var, ona görə də respublikanı Rusiyadan “tamamilə kəsmək” mümkün deyil, lakin təkrar edib ki, “bütün variantlar masadadır”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Polşa   Sərhəd  



Xəbər lenti