`İsrail günahkardır`

`İsrail günahkardır`
  11 Aprel 2014    Oxunub:1497
AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ərəb Dövlətləri Liqası Qahirədə keçirdiyi təcili iclas zamanı İsraili danışıqların pozulmasında ittiham edib.
Çünki Netanyahu sazişin şərtlərini yerinə yetirməyib və fələstinli məhbusların azad olunmasının dördüncü mərhələsinə əməl etməyib. ƏDL ABŞ-ı Fələstin-İsrail danışıqlarının davam etdirilməsi istiqamətində səylərini gücləndirməyə çağırıb.

Bundan əlavə ƏDL hər ay Fələstinə 100 milyon dollar dəyərində maliyyə yardımı ayırmağı qərara alıb. Əgər İsrail muxtariyyətdən vergi gəlirləri üzrə borclarının geri qaytarılmasını tələb edərsə, bu yardım Fələstinin həmin vəsaiti ödəməsini təmin edəcək.


Teqlər:  





Xəbər lenti