Rusiya hərbçilərinə rabitə qüllələrini məhv etməyi əmr edlib

Rusiya hərbçilərinə rabitə qüllələrini məhv etməyi əmr edlib
  28 Fevral 2022    Oxunub:2496
Rusiya hərbçiləri, təxribat və kəşfiyyat qrupları mobil şəbəkə qüllələrini məhv etməyə cəhd edə bilər.
AzVision.az xəbər verir ki, bu barədə UNİAN-a Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbə məlumat verib.

- Mövcud məlumatlara görə, Rusiya Federasiyasının hərbçilərinə rabitə qüllələrinin məhv edilməsi əmri verilib. Mənbə deyir ki, məqsəd rabitəni bloklamaqdır. Xatırladaq ki, hələ fevralın 24-də Dövlət Xüsusi Rabitə Xidməti mobil və internet operatorlarını abunəçilərin hesablarında kifayət qədər pul olmadıqda belə, onları rabitə xismətləri ilə təmin etməyə çağırmışdı. Eyni zamanda, “Kyivstar”, “Vodafone” və “lifecell” mobil operatorları Rusiya Federasiyası və Belarus Respublikasının abunəçiləri üçün öz şəbəkələrinə girişi bağlayıblar,- məqalədə yazılıb.

AzVision.az



Teqlər:



Xəbər lenti