Ukraynalı hərbçilərə əsir düşən ilk buryat - VİDEO

   Ukraynalı hərbçilərə əsir düşən ilk buryat -   VİDEO
  28 Fevral 2022    Oxunub:2487
Ukraynada daha bir Rusiya hərbçisinin əsir düşməsi ilə bağlı görüntülər yayılıb. AzVision.az xəbər verir ki, yerli media döyüşlərdə sağ qalaraq əsir düşən əsgərin Buryatiyadan olduğunu yazıb.
- Ukrayna hərbçiləri 2022-ci ildə Rusiyanın ölkəmizə hücumunda iştirak edən ilk buryatı saxlayıblar. Arxa fonda bir kişi onun kim olduğunu soruşur, rus hərbçisi isə cavab olaraq “Buryatam” deyir.

Yeni rus hərbi əsirlərin görüntüləri yayıldı- VİDEO
Döyüşüb-döyüşmədiyini soruşduqda cavab verir ki, arxa cəbhədədir. Kişi isə "Xilas edib Buryatiyaya göndərəcəyik! Maralları otlatmaq lazımdır, maralları!" deyir.

Qeyd edək ki, bundan öncə də rusiyalı hərbçilərin əsir düşməsini əks etdirən bir neçə videogörüntü yayılmışdı.



Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Əsir   Müharibə  



Xəbər lenti