Xarkovda xüsusi əməliyyat - Şəhər meri xəyanətə görə saxlanıldı

      Xarkovda xüsusi əməliyyat    - Şəhər meri xəyanətə görə saxlanıldı
  28 Fevral 2022    Oxunub:2254
Bu gün Xarkov vilayətində hərbçilərin xüsusi əməliyyatı keçirilib.

AzVision.az xəbə verir ki, bu barədə Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib. O bildirib ki, Xarkov vilayətində Yujnı şəhərinin meri Aleksandr Bryuxanov və bir neçə başqa məmur işğalçılarla danışıqlara görə "vətənə xəyanət" maddəsi ilə saxlanılıb.
“Bu, hələ də müharibə apardığımızı anlamayan və düşmənlə danışıq aparmağa imkan verənlərin başa düşməsi üçündür! Torpağımızın bir santimetrini də düşmənə verməyəcəyik”, - deyə Sinequbov bildirib.

Aytən Zəhra
AzVision.az



Teqlər: Xarkov  



Xəbər lenti