Daha 60 azərbaycanlı Xarkovu tərk edəcək

 Daha 60 azərbaycanlı Xarkovu tərk edəcək
  28 Fevral 2022    Oxunub:1762
Xarkova aviazərbələr endirilməyə başlanıb, vəziyyət olduqca acınacaqlıdır.
Bu barədə AzVision.az -a Azərbaycanın Xarkovdakı fəxri konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli deyib. O bildirib ki, Xarkovun bombalanması və gözlənilən genişmiqyaslı hücumla bağlı Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun dəstəyi ilə bu gün yaxın saatlarda tələbələr də daxil olmaqla, 60 nəfər Azərbaycan vətəndaşı qatarla Lvova yola salınacaq: "Artıq Xarkovda qalmaq təhlükəsizlik baxımından tamamilə mümkünsüzdür. Artıq mən də bu gün Xarkovu tərk edəcəm".

Qeyd edək ki, bundan öncə fevralın 27-də Xarkovdan bir qrup azərbaycanlı tələbə və digər Azərbaycan vətəndaşları qatarla Lvova yola salınıb.

Xarkovdan təxliyə olunmaq istəyən 1500 Azərbaycan vətəndaşı var.

AzVision.az



Teqlər:



Xəbər lenti