Kiyev yaxınlığında onlarla Rusiya texnikası məhv edilib - FOTO

   Kiyev yaxınlığında onlarla Rusiya texnikası məhv edilib -    FOTO
  28 Fevral 2022    Oxunub:1983
Ukrayna Prezident Administrasiyasının rəhbərinin müşaviri Aleksey Arestoviç Kiyev yaxınlığında 20-dən çox Rusiya hərbi texnikasının məhv edildiyini açıqlayıb.
Bu barədə o, Facebook səhifəsində yazıb.

"Rusiya KİV-ləri Kiyevi mühasirəyə aldıqlarını iddia edirlər. Ukrayna Silahlı Qüvvələrinin artilleriyası düşməni məhv edir. 20-dən bir qədər çox avtomobil eyni vaxtda yanır", - o, açıqlamasında bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti