Ukraynanın Aİ-yə üzvlük müraciətinin baxılmasına başlanılıb

 Ukraynanın Aİ-yə üzvlük müraciətinin baxılmasına başlanılıb
  01 Mart 2022    Oxunub:2588
Ukraynanın Avropa İttifaqına üzv olmasına dair müraciətin baxılma proseduruna başlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Vsevolod Çentsov tvitter səhifəsində yazıb.

“Ukrayna Prezidenti Volodimir Zelenskinin imzaladığı Ukraynanın Avropa İttifaqına üzvlük ərizəsini Aİ Şurasına sədrlik edən Fransanın Aİ yanında daimi nümayəndəsi Filip Leqlis-Kostaya təqdim etdim”.

Çentsov qeyd edib ki, müraciət qeydə alınıb.



AzVision.az


Teqlər: Ukrayna    



Xəbər lenti