Türkiyə boğazları döyüş gəmiləri üçün bağlayır

  Türkiyə boğazları döyüş gəmiləri üçün bağlayır
  28 Fevral 2022    Oxunub:1478
"Türkiyə hərbi gəmilərin boğazlardan keçməsinə icazə verməyəcək və bununla bağlı bütün sahilyanı və sahilyanı olmayan ölkələrə xəbərdarlıq edib". AzVision.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu deyib.
Anadolu agentliyi daha əvvəl xəbər vermişdi ki, Prezident Rəcəb Tayyib ƏrdoğanNazirlər Kabinetinin iclasından sonra televiziya ilə çıxış edərək, Rusiya və Ukrayna arasında böhranın daha da artmasının qarşısını almaq üçün Türkiyənin Montrö Konvensiyasının boğazlarda gəmilərin hərəkəti ilə bağlı verdiyi səlahiyyətlərdən istifadə etməkdə qərarlı olduğunu bildirib.

AzVision.az




Teqlər:



Xəbər lenti