Zelenski: "Rusiya ilə danışıqlarda heç bir nəticə olmayıb"

      Zelenski:    "Rusiya ilə danışıqlarda heç bir nəticə olmayıb"
  01 Mart 2022    Oxunub:2379
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev-Moskva danışıqlarında hələ də istənilən nəticəni əldə olunmadığını deyib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna lideri videomüraciətdə deyib.

Onun sözlərinə görə, Kiyev öz nümayəndə heyətinin qayıtmasından sonra Rusiya ilə danışıqların nəticəsini təhlil edəcək və danışıqların ikinci raundunun hansı formatda keçiriləcəyinə qərar verəcək.

Qeyd edək ki, fevralın 28-də Belarus ərazisində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb.

AzVision.az


Teqlər: Ukrayna   Rusiya  



Xəbər lenti