Rusiyaya "Netflix" qadağası

 Rusiyaya  "Netflix"  qadağası
  01 Mart 2022    Oxunub:2128
Ukraynada davam edən müharibə səbəbindən Rusiyada bir sıra Qərbə bağlı sayt və sosial şəbəkələrdə, bank hesablaşmalarında ciddi problemlər yaşanır. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, ruslar indi də "Netflix"lə bağlı problem yaşayırlar.

- "Netflix" onlayn kinoteatrının rusiyalı istifadəçiləri Qərbin sanksiyalarına məruz qalmış "Sberbank" və "Alfa-Bank"ın, həmçinin "Tinkoff Bank"ın kartları ilə xidmətə dair abunə haqqını ödəyə bilmirlər. Məşhur platformanın pərəstişkarlarını birləşdirən "Netflix Russia" Telegram kanalı da bununla bağlı məlumatlar yayır.

"RİA Novosti"nin müxbiri "Sberbank" və "Tinkoff" kartları ilə ödəniş edərkən problemlə üzləşib,-məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  



Xəbər lenti