Kadırov Ukraynada ölən çeçen döyüşçülərin sayını açıqladı

   Kadırov    Ukraynada ölən çeçen döyüşçülərin    sayını açıqladı
  01 Mart 2022    Oxunub:2273
Çeçenistanın rəhbəri Ramzan Kadırov Ukraynaya göndərdiyi döyüşçülər arasında itkilərin olması barədə açıqlama verib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
“Kadırov polku” da Ukrayna sərhədlərinə yeridildi - VİDEO

- Kadırov bildirib ki, Ukraynaya gedən Çeçenistanın respublikanın yerli sakinləri arasında itkiləri açıqlayıb. Onun sözlərinə görə iki nəfər ölüb, altı nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. O deyib ki, "bu oğlanlar iki ölkənin təhlükəsizliyi üçün canlarını verən qəhrəman olmağı seçdilər. Onlara Ukraynanın mülki əhalisi arasında itkiləri minimuma endirmək əmri var idi və bunu həyata keçirdilər".

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Kadırov  



Xəbər lenti