- 44 günlük müharibə zamanı döyüş meydanını tərk edən daha bir zabitin müttəhim kürsüsündə olduğu üzə çıxıb. İstintaq məlumatlarına görə o, Hadrut yaxınlığındakı “Xurat” yüksəkliyində döyüşlər zamanı "Dağlıq Qarabağ Müdafiə Ordusu"nun (Keçmiş qondarma rejim-red.) hərbi hissələrindən birində çağırışçılardan ibarət batalyona komandirlik edən mayor İ.V. olub.
|
| Erməni ordusunda rüsvayçılıq: Fərari komandir 20 hərbçinin ölümünə səbəb olub |
Baş Prokurorluğun məlumatına görə, mayor Ermənistan Silahlı Qüvvələrinin nizamnaməsi- döyüş nizamnaməsi ilə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməyib. Belə ki, 2020-ci il oktyabrın 10-da qeyd olunan yüksəklikdə baş vermiş döyüşlər zamanı batalyon komandiri olan İ.V. öz mövqelərini icazəsiz tərk edib, nəticədə bu bölmənin bir çox hərbi qulluqçusu öldürülüb, itkin düşüb və yaralanıb.
Hazırda mayora qarşı cinayət məcəlləsinin bir sıra maddələri ilə ittiham irəli sürülüb. Fevralın 28-də cinayət işi ittiham aktı ilə birlikdə Zəngəzur vilayətinin ümumi yurisdiksiya məhkəməsinə verilib,-məqalədə yazılıb.
Qeyd edək ki, müharibədən sonra komandirlərin fərarilik faktları ilə bağlı bir çox cinayət işi başlanıb.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


