Raket zərbəsindən sonra Suriyanı xatırladan Xarkov - FOTOLAR+VİDEO

   Raket zərbəsindən sonra Suriyanı xatırladan Xarkov -   FOTOLAR+VİDEO
  01 Mart 2022    Oxunub:2825
Bu gün səhər saatlarında Ukraynanın Xarkov Vilayət Dövlət administrasiyasının binası raket atəşinə tutulub. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilir ki, Avropanın ən böyük meydanlarından sayılan Xarkov Azadlıq meydanı hava hücumu nəticəsində dağıdılıb.

Xarkova atılan raket Azərbaycan konsulluğuna ziyan vurmayıb
- Ərazidə Xarkov Vilayət Dövlət Administrasiyasının binaları yerləşir. Videodan aşkar görünür ki, Rusiya-Ukrayna münaqişəsinin səkkiz ili ərzində meydanda qurulmuş “Hər şey qələbə naminə” çadırı da zərbəyə məruz qalır. Çadır Regional Dövlət Administrasiyasının qarşısında könüllülər tərəfindən yerləşdirilmişdi. Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin yaydığı məlumata görə, raket zərbəsi nəticəsində Xarkov Vilayəti Dövlət Administrasiyasının binasında, Opera Teatrında, Filarmoniyada və yaşayış massivinin bir hissəsində -əsasən 4-5 mərtəbəli yaşayış binaları yanğınlar olub.

Dövlət Fövqəladə Hallar Xidmətinin ilkin məlumatına görə, Xarkov Vilayət Dövlət Administrasiyasının binasının atəşə tutulması nəticəsində 1-i uşaq olmaqla 6 nəfər ağır xəsarət alıb.

“Milli Korpus”un Xarkov bölməsinin rəhbəri Konstantin Nemiçev isə "Telegram"da Dövlət Administrasiyasının binasına və meydana raket hücumunun ağır nəticələrini əks etdirən video yayıb.



Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov xalqa müraciətində düşmənin son məkrli davranışlarını pisləyib. Raket atışı zamanı şəhərdə komendant saatı başa çatıbmış.

Hazırda mülki itkilərin qiymətləndirilməsi aparılır. Xarkov sakinlərindən sığınacaqları tərk etməmələri xahiş olunur,-məqalədə yazılıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər













Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Xarkov   Raket   Müharibə  



Xəbər lenti