Cənubi Koreya Rusiya banklarına qarşı sanksiyalar qəbul edib

   Cənubi Koreya Rusiya banklarına qarşı sanksiyalar qəbul edib
  01 Mart 2022    Oxunub:1562
Cənubi Koreya Rusiya banklarına qarşı sanksiya tətbiq edib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
- Cənubi Koreyanın Strategiya və Maliyyə Nazirliyi bildirib ki, hökumət ABŞ-la məsləhətləşdikdən sonra bir sıra Rusiya bankları ilə əməkdaşlığı dayandırmaq, Rusiya istiqrazlarına investisiya qoymaq və SWIFT-in dayandırılması da daxil olmaqla, bank sektorunda Moskvaya qarşı konkret sanksiyalar barədə qərar qəbul edib. Bundan əvvəl Cənubi Koreya Xarici İşlər Nazirliyi artıq ölkənin Rusiyaya qarşı müttəfiq sanksiyalarına qoşulmaq qərarına gəldiyini açıqlamışdı. Onlar xüsusən də Rusiya Federasiyasına strateji məhsulların ixracını qadağan edəcəyini və SWIFT-dən ayrılmağı dəstəklədiyini bildiriblər,-məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti