Finlandiya və Norveç ilk dəfə Ukraynaya silah verəcək

   Finlandiya və Norveç ilk dəfə  Ukraynaya silah verəcək
  01 Mart 2022    Oxunub:2041
Finlandiya öz tarixində ilk dəfə olaraq Ukraynaya 2500 avtomat, 150 000 patron, 1500 birdəfəlik RPG və 70 000 qida dəsti göndərəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb. Həmçinin, XİN əlavə edib ki, İsveç 1939-cu ildən bəri ilk dəfə Ukraynaya hərbi yardım göstərəcək: “İsveç hökuməti Ukraynaya 135 000 səhra payı, 5 000 dəbilqə, 5 000 zireh və 5 000 tank əleyhinə silah verəcək”.

Bundan əlavə, Norveç də NATO-ya daxil olmayan, müharibə şəraitində olan ölkələrə silah verməmək siyasətindən uzaqlaşaraq, Ukraynaya dəstək üçün müstəsna qərar qəbul edib. Oslo 2000 tank əleyhinə qumbaraatan göndərəcək.

AzVision.az


Teqlər: Ukrayna   Silah  



Xəbər lenti