"Müharibə Putinin təsəvvür etdiyindən daha təhlükəli olur" - Britaniya

   "Müharibə Putinin təsəvvür etdiyindən daha təhlükəli olur" -    Britaniya
  01 Mart 2022    Oxunub:2100
Rusiyanın Ukrayna ilə müharibəsi Vladimir Putinin təsəvvür etdiyindən daha təhlükəli olur.
AzVision.az xəbər verir ki, bunu Böyük Britaniya baş nazirinin müavini Dominik Raab deyib. O qeyd edib ki, Britaniya artıq Rusiya Federasiyasına qarşı sanksiyalar paketini qəbul edib və bu, Putinin davranışına təsir göstərməlidir.

Onun sözlərinə görə, ölkəsi Rusiyanın Ukraynaya müdaxiləsinin uğursuzluğa düçar olması üçün əlindən gələni edəcək. Eyni zamanda o, Rusiyaya qarşı tətbiq edilən bütün sanksiyalardan sonra Putinin özünü daha da aqressiv apara biləcəyindən ehtiyat etdiyini bildirib.

AzVision.az


Teqlər: Rusiya   Sanskiya  



Xəbər lenti