NATO Estoniyadakı hərbçilərinin sayını artıracaq

NATO Estoniyadakı hərbçilərinin sayını artıracaq
  01 Mart 2022    Oxunub:1395
“NATO-dakı müttəfiqlərimiz Estoniyadakı qoşunlarının sayını artıracaq”.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Estoniyanın müdafiə naziri Kalle Laanet martın 1-də ölkə parlamentində bildirib. Onun sözlərinə görə, yaxın 2-3 ay ərzində NATO Şərq cinahında çəkindiriciliyi təmin etmək məqsədi ilə Estoniyadakı qoşunlarının sayını iki dəfə artıracaq.

K.Laanet bildirib ki, artıq Böyük Britaniya Estoniyaya 900 nəfərdən ibarət əlavə taborun yerləşdirilməsi barədə qərar qəbul edib.

AzVision.az


Teqlər: NATO  



Xəbər lenti