“16 uşağı öldürmüsən, bəlkə onlar tanklarda gedirlər?”- Zelenski

   “16 uşağı öldürmüsən, bəlkə onlar tanklarda gedirlər?”-  Zelenski
  01 Mart 2022    Oxunub:1991
"Dünən 16 uşaq öldü, yenə prezident Putin deyəcək ki, bu, hansısa xüsusi əməliyyatdır və biz hərbi infrastrukturu vururuq". AzVision.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Parlamentində videokonfrans formatında çıxışı zamanı deyib.
"Uşaqlarımız hanı? Onlar hansı hərbi zavodda işləyir, bəlkə onlar tanklarda gedirlər? 16 uşaq öldürmüsən. Ukrayna vətəndaşları övladlarının yaşamasını istəyirlər”, - dövlət başçısı vurğulayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti