"Bunun nəticələrini rus xalqı ödəyəcək" - Fransa Rusiyanı təhdid etdi

   "Bunun nəticələrini rus xalqı ödəyəcək" -    Fransa Rusiyanı təhdid etdi
  01 Mart 2022    Oxunub:2817
"Fransa Vladimir Putin Ukrayna ilə bağlı niyyətlərini həyata keçirməyi dayandırana qədər Rusiyaya qarşı “total iqtisadi və maliyyə müharibəsi” aparmaqda qərarlıdır". AzVision.az xəbər verir ki, bunu Fransanın iqtisadiyyat naziri Bruno Le Maire deyib.
Fransanın BFM Business xəbər agentliyinin yaydığı məlumata görə nazir Rusiyanı daha ağır iqtisadi sanksiyalarla üzləşəcəyini da istisna etməyib.

Lavrovun Cenevrədəki çıxışı baykot edildi - Fotolar
- Biz Rusiyaya qarşı tam iqtisadi və maliyyə müharibəsi aparmağa hazırlaşırıq... Bunun nəticələrini rus xalqı ödəyəcək, - Agentlik Fransanın iqtisadiyyat nazirindən sitat gətirib.

Onun sözlərinə görə, ehtiyac yaranacağı təqdirdə iqtisadi sanksiyaların yeni mərhələsi hazırlanacaq.

- Biz artıq bunun nəticələrini görürük. Putinin "döyüş sandığı" demək olar ki, dağıdılıb. Biz Rusiya iqtisadiyyatını çöküşə doğru aparacağıq, - nazir bildirib.

Xatırladaq ki, fevralın 28-də Rusiya rublunun məzənnəsi tarixi minimuma çatıb - 1 dollar 100 rubl həddini keçib.

Rusiya ordusunun Ukrayna ərazisinə daxil olmasından sonra rubl sürətlə ucuzlaşmağa başlayıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Fransa   Rusiya  



Xəbər lenti