Zelenski CNN-ə bunkerdə müsahibə verib

   Zelenski CNN-ə    bunkerdə    müsahibə verib
  01 Mart 2022    Oxunub:1751
Ukrayna Prezidenti Volodimir Zelenskinin bunkerə sığınmasına dair daha bir məlumat yayılıb. AzVision.az xəbər verir ki, CNN-in jurnalisti Metyu Çens sosial şəbəkələrdə paylaşım edərək deyib ki, o, Vladimir Zelenski ilə onun bunkerində danışıb.
“Rusiya Kiyevə hücum etməyə hazırlaşarkən mən Ukrayna Prezidenti Zelenski ilə onun bunkerində danışdım, – jurnalist Twitter-də yazıb.

Qeyd edək ki, son günər Ukrayna prezidentinin bunkerə sığınması haqqında məlumatlar dolaşır. Rusiya Dövlət Dumasının spikeri isə ümumiyyətlə Ukrayna liderinin paytaxtda olmadığını iddia etmişdi. Zelenski özü Kiyevdə xalqın yanında olduğunu göstərmək üçün şəhərdən bir neçə dəfə video çəkərək paylaşıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti