Polşaya keçən ukraynalı qaçqınların sayı yarım milyona çatdı

   Polşaya keçən ukraynalı qaçqınların sayı    yarım milyona çatdı
  01 Mart 2022    Oxunub:1471
Ukraynada müharibə başlayandan bəri 400 mindən çox ukraynalı Polşaya daxil olub. AzVision.az xəbər verir ki, bu barədə Polşanın Sərhəd Mühafizəsi məlumat yayıb.
- Fevralın 24-dən, yəni müharibə başlayandan, Sərhəd Mühafizəsinin zabitləri saat 15.00-a olan vaxta kimi Ukrayna ilə sərhəd-keçid məntəqələrində 410 mindən çox insanı qeydiyyata alıblar, - məlumatda deyilir.

Sərhəd Mühafizəsinin məlumatına görə, təkcə çərşənbə axşamı səhərdən bəri Ukraynadan Polşaya 56,5 min insan daxil olub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Qaçqın  



Xəbər lenti