Britaniyalı deputat Azərbaycana da sanksiya tələb etdi – VİDEO

   Britaniyalı deputat Azərbaycana da sanksiya tələb etdi –    VİDEO
  01 Mart 2022    Oxunub:16563
Britaniya parlamentində Ukrayna böhranı müzakirə edilərkən leyboristlərin təmsilçisi Marqaret Hodc (Margaret Hodge) xarici işlər naziri Elizabet Trassdan iki suala cavab istəyib. Əvvəlcə soruşub ki, Rusiya Dumasının üzvlərinə də sanksiyalar tətbiq edilə bilərmi?! İkinci sual isə belə olub: “Putinin səylərinə dəstək verən Qazaxıstan və Azərbaycanaın da sanksiyalar siyahısına daxil edilməsi məsələsinə baxılırmı?”
AzVision.az xəbər verir ki, birinci sualı müsbət cavablandıran Britaniyanın xarici işlər naziri Elizabet Trass ikinci sualla bağlı Belarusu misal çəkərək bildirib ki, “Qazaxıstan və digər ölkələrlə bağlı məsələyə baxıla bilər”.



Maraqlıdır: Britaniya parlamentariləri bu qədərmi nadan və cahildirlər ki, Azərbaycanın mövqeyindən, Ukraynaya humanitar yardım göstərməyindən, Bakıda Ukrayna səfirliyinin qarşısında keçirilən dəstək aksiyasından bixəbərdirlər? Yoxsa, bu da oyunun bir hissəsidir?!

Samir Quliyev
AzVision.az



Teqlər: Britaniya  



Xəbər lenti