Rus qoşunları Xarkova girib, döyüş başlayıb

      Rus qoşunları Xarkova girib, döyüş başlayıb
  02 Mart 2022    Oxunub:1863
Rusiya Xarkova desant qoşunları yeridib, Ukrayna hərbçiləri onlarla döyüşə girib.
AzVision.az xəbər verir ki,Ukrayna Ali Radasının Telegram kanalı yazır ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

"Rusiya qoşunları Xarkova girib. İşğalçılar xəstəxanaya - Şimal Regionunun Hərbi Tibbi Klinik Mərkəzinə hücum ediblər. İşğalçılarla ukraynalı müdafiəçilər arasında döyüş başlayıb", - məlumatda deyilir.

"Ukraynanın Operativ Silahlı Qüvvələri" Telegram kanalının məlumatına görə, hücum şəhər və bölgədə hava hücumu xəbərdarlığının elan edildiyi anda baş verib.

Xatırladaq ki, martın 1-də səhər saatlarında Rusiya hərbçiləri Xarkov Vilayət Dövlət Administrasiyasının binasına raket zərbəsi endirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti