ABŞ Rusiya təyyarələri üçün səmanı bağlayacaq

   ABŞ Rusiya təyyarələri üçün səmanı bağlayacaq
  02 Mart 2022    Oxunub:1914
ABŞ Rusiyanı hava məkanından tamamilə təcrid etmək üçün öz tərəfdaşları ilə qüvvələri birləşdirəcək. Bunu ABŞ prezidenti Co Bayden Konqresə müraciətində deyib.
“Rusiya mərkəzi banklarının maliyyə əməliyyatlarında iştirakının qarşısını almaq və onların maliyyə sistemini məhv etmək üçün sanksiyalar tətbiq etməyə davam edəcəyik.

Biz Rusiyanın texnologiyaya, iqtisadi gücə çıxışını əngəlləməyə çalışırıq ki, onların silahlı qüvvələri mümkün qədər zəif olsun”, - o vurğulayıb.

Bayden rus oliqarxlarının “öz qəddar rejimlərindən çoxlu minlərlə və milyonlarla dollar topladığını” qeyd edərək, ABŞ Ədliyyə Nazirliyinin buna son qoyacağını qeyd edib.

"Bu, bir daha təkrarlanmayacaq. Buna son qoyulmalıdır. ABŞ, Ədliyyə Nazirliyi - bizim aydın məqsədimiz var ki, rus oliqarxlarının yaxtalarını, dəbdəbəli mənzillərini, əmlaklarını müsadirə etmək üçün onları təqib edək".

O, ABŞ-ın hava məkanını Rusiya təyyarələrinə bağlayacağını da bildirib.

"Bu gün mən elan edirəm ki, biz tərəfdaşlarımızla qüvvələrimizi birləşdirəcəyik və Rusiya hava məkanından tamamilə təcrid olunacağıq. O, sivil dünyanın bütün faydalarından təcrid olunacaq", - Bayden vurğulayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti