Rusiya Xersona tam nəzarəti ələ keçirdi

   Rusiya Xersona tam nəzarəti ələ keçirdi
  02 Mart 2022    Oxunub:1608
Rusiya Silahlı Qüvvələri Xersona nəzarəti ələ keçirib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov qeyd edib ki, mülki infrastruktur, şəhər sakinlərinin həyat təminatı obyektləri və ictimai nəqliyyat adi rejimdə işləyir. Bundan əlavə, ərzaq və zəruri mallarda heç bir çatışmazlıq yoxdur.

“Şəhərdə ərzaq və zəruri mallar qıtlığı yaşanmır. Sosial infrastruktur obyektlərinin fəaliyyətinin saxlanması, asayişin və əhalinin təhlükəsizliyinin təmin edilməsi məsələlərinin həlli üçün Rusiya komandanlığı, şəhər və rayon administrasiyası arasında danışıqlar davam edir”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti