Ukraynada Rusiyanın 1700-ə yaxın hərbi texnikası məhv edilib

   Ukraynada Rusiyanın 1700-ə yaxın hərbi texnikası məhv edilib
  02 Mart 2022    Oxunub:1752
Ukraynada indiyədək Rusiya Silahlı Qüvvələrinin 5 840 hərbçisi zərərsizləşdirilib, 211 nəfər əsir götürülüb.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiyanın 30 təyyarə, 31 helikopter, 211 tank, 862 zirehli döyüş maşını, 85 artilleriya qurğusu, 9 hava hücumundan müdafiə sistemi, 40 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 3 PUA, 2 qayıq, 355 avtomobil texnikası məhv edilib.

AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti