100-dən çox azərbaycanlı Odessadan Moldova sərhədinə yola salınıb

  100-dən çox azərbaycanlı Odessadan Moldova sərhədinə yola salınıb
  02 Mart 2022    Oxunub:1600
Ukraynada yaranmış gərgin vəziyyətlə əlaqədar yüz nəfərdən çox Azərbaycan vətəndaşı Odessadan Moldova sərhədinə yola salınıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev bildirib ki, bu müddətdə soydaşlarımız Odessadakı Azərbaycan Evində saxlanılıb, onların bütün ehtiyacları qarşılanıb.

Ukrayna-Moldova sərhədində onlar Azərbaycanın müvafiq dövlət orqanlarının nümayəndələri tərəfindən qarşılanacaq və uyğun şərait yaranan kimi Bakıya təxliyə olunacaqlar.

Rövşən Quliyev Ukraynadakı azərbaycanlıların taleyinə diqqətlə və həssaslıqla yanaşdığı üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

AzVision.az



Teqlər: Odessa  



Xəbər lenti