Gürcüstan prezidenti Aİ-ni qəbul prosesini sürətləndirməyə çağırdı

      Gürcüstan prezidenti    Aİ-ni qəbul prosesini sürətləndirməyə çağırdı
  02 Mart 2022    Oxunub:1538
Gürcüstan prezidenti Salome Zurabişvili Avropa İttifaqına (Aİ) çağırış edib. AzVision.az xəbər verir ki, o, Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində deyib ki, Aİ ölkəsinin ittifaqa qəbulu üçün addımları sürətləndirməlidir.
Onun sözlərinə görə Ukraynada baş verən hadisələr Aİ-nin ittifaqa daxil olmaq istəyən qonşu ölkələrin qəbulu üçün “imkan pəncərəsi” yaradıb.

- Avropa İttifaqı bizim uzun müddət gözlədiyimiz məsələyə cavab vermək üçün bir yol tapmalıdır. Bizə özümüzü ailənin bir hissəsi kimi hiss etdirin, - prezident deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Gürcüstan  



Xəbər lenti