AES işçiləri rus hərbçilərini şəhərdən uzaqlaşdırıblar - FOTO(VİDEO)

      AES işçiləri    rus hərbçilərini şəhərdən uzaqlaşdırıblar -    FOTO(VİDEO)
  02 Mart 2022    Oxunub:2586
Ukraynada dinc sakinlər Rusiya hərbçilərinin qarşısını kəsərək onları geri qaytarıblar. xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
- Martın 2-si səhər saatlarında bir qrup rus işğalçısı Enerqodar şəhərinə yaxınlaşaraq şəhərin nəzarət-buraxılış məntəqəsinə doğru irəliləyib. Yerli sakinlər isə rus ordusunu içəri buraxmayıblar.

Zaporojye Atom Elektrik Stansiyasının(AES) sözçüsü Andrey Tuz deyib ki, AES işçiləri hərbçilərin əraziyə keçməsinə imkan verməmək üçün yola çıxaraq süni tıxac yaradıblar.

Sosial şəbəkələrdə yayılan videoda yüzlərlə insanın keçid məntəqəsinə necə yaxınlaşdığını görmək olar. İşğalçı ilə aparılan danışıqlar nəticəsində yerli sakinlər hərbi kolonun geri dönərək ərazidən uzaqlaşdırılmasına nail olublar.

Şəhərin meri Dmitri Orlovun sözlərinə görə, Rusiya hərbçiləri mer və yerli sakinlərlə danışıqlar aparıb. Şəhərin sərhəddində daha bir görüş olacaq.

- Biz Rusiya hərbçilərini elə mövqeyə geri qaytardıq ki, ZAES və şəhər etibarlı mühafizə altında qaldı. Sakinlər onları bir addım belə şəhərə buraxmayacaqlar. Onlar dediklərimizi eşitdilər və rəhbərliklərinə hesabat verməyə getdilər, - Orlov deyib.



Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Rusiya   AES  



Xəbər lenti