"Wizz Air" ukraynalı qaçqınlar üçün 100 min pulsuz bilet ayırdı

   "Wizz Air" ukraynalı qaçqınlar üçün    100 min pulsuz bilet ayırdı
  02 Mart 2022    Oxunub:1652
Macarıstanın aşağı büdcəli aviaşirkəti olan "Wizz Air" ukraynalı qaçqınlar üçün diqqət çəkən jest edib. AzVision.az xəbər verir ki, şirkət sosial şəbəkələrdə paylaşım edərək Rusiyanın Ukraynada başladığı müharibədən qaçan ukraynalılara 100 min pulsuz bilet ayırdığını yazıb.
- WIZZ, ukraynalı qaçqınların harada olmalarından asılı olmayaraq, təyinat yerlərinə çatmalarına kömək etməyə sadiqdir. Biz mart ayında Polşa, Slovakiya, Macarıstan və Rumıniyadan uçan qısamüddətli reyslərdə 100 000 pulsuz yer ayırırıq, - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti